Dünya

Britaniyada 67 it cinsi yox ola bilər

06 Mar 2026, 04:42 2 baxış
Britaniyada 67 it cinsi yox ola bilər
Böyük Britaniyanın sabiq kraliçası II Elizabetlə simvollaşan məşhur korgi itlərinin gələcəyi Britaniyada sual altındadır. Oxu.Az xəbər verir ki, bu barədə "La Vanguardia" nəşri yazıb. Məlumata əsasən, buna səbəb Britaniya parlamentində müzakirə olunan və heyvanların sağlamlığının qorunmasını hədəfləyən yeni yetişdirmə standartlarıdır. Qanun layihəsi heyvanlarda ağrı və ya sağlamlıq problemlərinə səbəb olan fiziki xüsusiyyətlərə malik cinslərin artırılmasını məhdudlaşdırmağı nəzərdə tutur. Narahatedici xüsusiyyətlər sırasında qısa ayaqlar, yastı burun quruluşu və dəridə həddindən artıq qırışların olması qeyd edilir. Məlumata görə, korgi, taksa və şi-tzu kimi cinslər də daxil olmaqla, ümumilikdə 67-dən çox it növü bu meyarlara uyğun hesab edilə bilər. Ekspertlər bildirirlər ki, spesifik bədən quruluşuna görə bu cür cırtdan itlər tez-tez artrit, oynaqlarda ağrılar və onurğa problemləri ilə üzləşirlər. Təşəbbüsə qarşı çıxanlar xəbərdarlıq edirlər ki, yeni qaydaların tətbiqi Böyük Britaniyada bəzi məşhur it cinslərinin tədricən yoxa çıxmasına səbəb ola bilər. Digər tərəfdən, islahat tərəfdarları heyvan rifahının hər şeydən üstün tutulmalı olduğunu vurğulayırlar. KİV-də yayılan məlumatlara görə, sözügedən qanun layihəsinin qəbul edilməsi prosesi ən azı beş il çəkə bilər.
Mənbə oxu.az

Oxşar Xəbərlər