Dünya

Yücel Karauz: "Azərbaycana edilən hücum Türkiyəyə hücumdur" - Şuşa Bəyannaməsinin TƏLƏBİ

05 Mar 2026, 17:38 2 baxış
Yücel Karauz: "Azərbaycana edilən hücum Türkiyəyə hücumdur" - Şuşa Bəyannaməsinin TƏLƏBİ
"Hazırda İran dövlətinin siyasi və hərbi strukturunda komandanlıq və nəzarət birliyi yoxdur. İkinci Dağlıq Qarabağ müharibəsi zamanı və sonrasında İranın Ermənistanı dəstəkləməsinə baxmayaraq, Azərbaycan heç vaxt ona qarşı düşmən mövqeyi tutmayıb və dəfələrlə ən yüksək səviyyələrdə ərazisinin qonşularına qarşı istifadə edilə bilməyəcəyini təsdiqləyib. Buna görə də Azərbaycanın heç bir gizli niyyəti və ya düşmən münasibəti olmamasına, eləcə də Prezident İlham Əliyevin başsağlığı vermək üçün İran səfirliyini ziyarət etməsinə baxmayaraq, Naxçıvana edilən hücum qətiyyən qəbuledilməzdir." Bu sözləri Oxu.Az-a Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, təqaüddə olan briqada generalı Yücel Karauz İranın Azərbaycanın Naxçıvan Muxtar Respublikasına qarşı həyata keçirdiyi dron hücumu ilə bağlı deyib.
Briqada generalı Azərbaycana hücumun Türkiyəyə hücum hesab ediləcəyini vurğulayıb: "Burada iki alternativ var. Birincisi, bunun İran dövlətinin siyasəti çərçivəsində Azərbaycanı münaqişəyə cəlb etmək üçün edilməsi ehtimalıdır. İkincisi, İran dövləti daxilindəki bəzi qruplar problemi Yaxın Şərq və Körfəz ölkələrindən kənara çıxarmaq, Cənubi Qafqaza yaymaq və xarici müdaxilə üçün zəmin hazırlamaq üçün bunu etmiş ola bilərlər. Əlbəttə ki, Azərbaycan dövləti bu hücuma eyni şəkildə cavab verəcəyini bildirib və İrana diplomatik nota göndərib. Əminik ki, hadisə bütün ölçüləri ilə araşdırılacaq və lazımi tədbirlər görüləcək. Şuşa Bəyannaməsini xatırlatmaq istərdim. Şuşa Bəyannaməsinə görə, Azərbaycana və onun bir hissəsi olan Naxçıvana hücum Türkiyəyə hücum hesab olunur. Eynilə dünən Türkiyəyə edilən uğursuz raket hücumu da NATO-ya hücum idi. Sözügedən raket Aralıq dənizində vurulub. Bütün bunlar ağılsızlıqdır. Bu, İranın, regionun, dostluğun, qardaşlığın xeyrinə deyil". Söhrab İsmayıl
Yücel Karauz: "Azərbaycana edilən hücum Türkiyəyə hücumdur" - Şuşa Bəyannaməsinin TƏLƏBİ
Mənbə oxu.az

Oxşar Xəbərlər