Dünya

Paralimpiya Oyunlarında oğurluq

05 Mar 2026, 17:44 2 baxış
Paralimpiya Oyunlarında oğurluq
İtaliyada keçirilən Paralimpiya Oyunlarında stadiondan əlil arabası ilə körlinq yarışları üçün nəzərdə tutulan iki qranit daş oğurlanıb. Oxu.Az xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb. Qeyd edək ki, qarışıq cütlüklərin körlinq yarışı artıq başlayıb. Təşkilatçılar oğurlanan daşların əvəzinə ehtiyat daşlardan istifadə ediblər. Xəbərə görə faktla bağlı İtaliyada araşdırmalara başlanılıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər