Dünya

Ağ Evin İrana hücumlarında maraqlı məqam: Videogörüntülərdə məşhur oyundan səhnələr yer alır

05 Mar 2026, 15:18 2 baxış
Ağ Evin İrana hücumlarında maraqlı məqam: Videogörüntülərdə məşhur oyundan səhnələr yer alır
Ağ Ev İrana hücumların toplusunu əks etdirən video dərc edib və görüntülərdə “Call of Duty” kompüter oyunundan kadrlar yer alıb. Oxu.Az xəbər verir ki, Ağ Ev videonu öz “X” hesabında paylaşıb. Videogörüntülər oyundan bir səhnə ilə başlayır: burada personaj zərbələrin endirilməsi üçün koordinatları planşetə daxil edir. Bundan sonra videoda artıq İran ərazisindəki hədəflərə endirilən zərbələrin real görüntüləri əks olunur.
Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Tehran da daxil olmaqla, İranın böyük şəhərləri zərbəyə məruz qalıb. Əməliyyat “Aslanın nəriltisi” adlandırılıb. Hər iki ölkə hava məkanını bağlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ABŞ-nin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bəyan edib. Pentaqonun bildirdiyi kimi, ABŞ-ın İrana qarşı əməliyyatı “Epik qəzəb” adlandırılıb. İran da öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İran həmçinin bütün Yaxın Şərqdəki - Qətər, BƏƏ, Bəhreyn, İraq, Səudiyyə Ərəbistanı və İordaniyadakı ABŞ bazalarına pilotsuz uçuş aparatları (PUA) və raket zərbələri endirib. Bütün bu ölkələrin hava məkanı bağlı olaraq qalır. İran öz əməliyyatını “Həqiqi vəd 4” adlandırıb. İran dövlət televiziyasının ölkənin ali lideri Əli Xameneinin öldürüldüyünü təsdiqləyib. Həmçinin ayətullah Əli Şamxaninin müşaviri, SEPAH komandanı Məhəmməd Pakpur və müdafiə naziri Əziz Nəsirzadə də daxil olmaqla, bir neçə yüksək vəzifəli İran hərbi rəsmisinin ölümü də təsdiqlənib.
Mənbə oxu.az

Oxşar Xəbərlər