Dünya
Səudiyyə Ərəbistanı da İranın Azərbaycana hücumlarını pislədi
Səudiyyə Ərəbistanı da İranın Azərbaycana PUA hücumlarını pisləyib. Oxu.Az xəbər verir ki, bu barədə sözügedən ölkənin Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. "Bu cür hərəkətlər düşmənçilik xarakteri daşıyır, beynəlxalq hüququ pozur və regionu gərginliyə doğru sürükləyir", - deyə XİN-dən bildirilib. Səudiyyə Ərəbistanı Azərbaycan hökuməti, xalqı ilə tam həmrəyliyini ifadə edərək, ölkənin öz təhlükəsizliyini, hava məkanını, ərazi bütövlüyünü və vətəndaşlarını müdafiə etmək hüququnu vurğulayıb. XİN vurğulayıb ki, Səudiyyə Ərəbistanı regionda gərginliyin daha da artmasının qarşısını almaq və sabitliyi qorumaq üçün səylərini gücləndirməyə davam edir. Qeyd edək ki, daha əvvəl Qətər də İranın Azərbaycana PUA hücumunu pisləyən bəyanat yayıb.
Mənbə
oxu.az