Dünya

Türkiyədə böyük antinarkotik əməliyyatı: Gömrük sərhədində külli miqdarda marixuana ələ keçirildi

05 Mar 2026, 15:42 2 baxış
Türkiyədə böyük antinarkotik əməliyyatı: Gömrük sərhədində külli miqdarda marixuana ələ keçirildi
Türkiyənin Kapıkule Gömrük Qapısında keçirilən əməliyyat zamanı bazar dəyəri 1.271 milyard Türkiyə lirəsi (50 milyon manata yaxın) olan 1 ton 413 kiloqram çəkidə marixuana (kannabis) ələ keçirilib. Oxu.Az-ın xəbərinə görə, bu barədə Türkiyə Ticarət Nazirliyi öz "X" hesabında paylaşım edib. "Edirne Gömrük Mühafizəsi Qaçaqmalçılıq və Kəşfiyyat İdarəsinin qrupları tərəfindən qaçaqmalçılıqla mübarizə çərçivəsində aparılan risk təhlili və hədəfləmə işləri nəticəsində ölkəmizə daxil olmaq üçün Kapıkule Gömrük Qapısına gələn yük maşını yoxlanılıb. Yoxlama zamanı qanuni yükün içərisində gizlədilmiş 1 ton 413 kiloqram marixuana aşkarlanıb. Müsadirə edilən narkotiklərin bazar dəyərinin 1.271 milyard lirə olduğu müəyyən edilib", - deyə nazirliyin paylaşımında bildirilib. Hadisə ilə bağlı Ədirnə Baş Prokurorluğu tərəfindən araşdırmalara başlanılıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər