Dünya
İsrailə raket buraxmağa hazırlaşan İrana məxsus qurğunun MƏHVEDİLMƏ GÖRÜNTÜLƏRİ
İsrail ordusu İranın Qum bölgəsi yaxınlığında ballistik raketlərin buraxılması üçün qurğunu məhv edib. Oxu.Az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (SAXAL) məlumat yayıb.
Raket buraxan qurğunun İsrail ərazisinə zərbələr endirməyə hazırlaşdığı iddia edilir. İsrail tərəfi, həmçinin İranın mərkəzindəki İsfahan şəhəri yaxınlığında hava hücumundan müdafiə sistemini məhv etdiklərini açıqlayıb. SAXAL hər iki zərbələrin görüntülərini yayaraq, İsrailin hava məkanında üstünlüyünü gücləndirəcəyini bəyan edib. Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib. İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb. Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub. İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

Mənbə
oxu.az