Dünya
İsrail Beyrutu vurdu: Ölənlər və yaralananlar var
İsrailin Beyrutun Beynəlxalq Hava Limanına gedən nəqliyyat vasitələrinə endirdiyi zərbələr nəticəsində ən azı üç nəfər həlak olub, altı nəfər yaralanıb. Bu barədə Oxu.Az Livan Səhiyyə Nazirliyinin açıqlamasına istinadən xəbər verir. Bundan əvvəl ölkənin "Əl-Cədid" kanalı İsrailin vurduğu avtomobillərdən birində "Hizbullah" hərəkatının rəsmi nümayəndəsinin olduğunu bildirmişdi. Adı açıqlanmayan həmin şəxsin hərəkatda raketlərin buraxılmasına məsul şəxs olduğu qeyd edilib.
Mənbə
oxu.az