İranın hava hücumundan müdafiə sistemi məhv edildi - Video
İsrail ordusu İranın Qum bölgəsi yaxınlığında ballistik raketləri buraxan qurğunu məhv edib.
Axar.az xəbər verir ki, bu barədə İsrail müdafiə qüvvələri (ÇAXAL) məlumat yayıb.
Raket buraxan qurğunun İsrail ərazisinə zərbələr endirməyə hazırlaşdığı iddia edilir.
Bundan başqa, İsrail tərəfi, İranın mərkəzindəki İsfahan şəhəri yaxınlığında hava hücumundan müdafiə sistemini məhv etdiklərini açıqlayıb.
ÇAXAL hər iki zərbələrin görüntülərini yayaraq, İsrailin hava məkanında üstünlüyünü gücləndirəcəyini bəyan edib.
Qeyd edək ki, İsrail və ABŞ 28 fevraldan İrana qarşı hərbi əməliyyata başlayıb. Zərbələr nəticəsində İranın ali dini lideri Əli Xamenei başda olmaqla, onlarla yüksək səviyyəli məmur ölüb. İran qonşu ölkələrdəki ABŞ bazalarına və İsrailə cavab zərbələri endirir.