Digər

Ukrayna daha bir ərazini işğaldan azad etdi: 30 rus təslim oldu

17 Aug 2026, 22:29 1 baxış
Ukrayna daha bir ərazini işğaldan azad etdi: 30 rus təslim oldu

Ukrayna ordusu Aleksandrovsk istiqamətində Andreyevka-Klevtsovo kəndini rus işğalçılarından azad edib.


Axar.az xəbər verir ki, bu barədə ölkənin Xüsusi Əməliyyat Qüvvələri (XƏQ) məlumat yayıb.


Qeyd olunur ki, rus işğalçıları uzun müddət Donetsk vilayətində yerləşən bu yaşayış məntəqəsini ələ keçirməyə çalışıblar. Bunun üçün düşmən kiçik piyada qruplarından istifadə edib. Bu qruplar tədricən yaşayış məntəqəsinə daxil olaraq mövqelər tutublar.


Lakin XƏQ hərbçiləri yaşayış məntəqəsinin azad edilməsi üzrə kompleks əməliyyat keçiriblər.


“Rusiya Silahlı Qüvvələrinin 30 hərbçisi təslim olaraq əsir düşməyə məcbur oldu. Müqaviməti davam etdirənlər isə məhv edildi. Andreyevka-Klevtsovo yenidən Ukraynanın nəzarətindədir”, – deyə XƏQ əlavə edib.

Mənbə axar.az

Oxşar Xəbərlər