Digər
Yunanıstanda helikopter qəzaya uğradı: ölənlər var
Yunanıstanın Sifnos adasında helikopter qəzaya uğrayıb.
Axar.az xəbər verir ki, bu barədə "Ekathimerini" məlumat yayıb.
Məlumata görə, hadisə nəticəsində helikopterdə olan üç nəfər ölüb. Helikopter yerə çırpıldıqdan sonra alışıb. Yanğını yerli yanğınsöndürmə briqadaları söndürüb.
Qəzanın səbəbləri araşdırılır.
Mənbə
axar.az