İdman

Azərbaycanın iki güləşçisi dünya çempionatında medal qazandı

17 Aug 2026, 23:00 1 baxış
Azərbaycanın iki güləşçisi dünya çempionatında medal qazandı
Azərbaycanın iki yunan-Roma güləşçisi Slovakiyanın paytaxtı Bratislavada keçirilən U-20 dünya çempionatında medal qazanıb. Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb. Bildirilib ki, Tural Əhmədov (63 kq) təsəlliverici görüşdə Finlandiya təmsilçisi Matias Arpiaynenə 8:0 hesabı ilə qalib gəlib. Axşam seansında isə ekvadorlu Klizman Velisi minimal fərqlə - 2:1 hesabı ilə məğlub edən Tural Əhmədov bürünc medal qazanıb. Cavidan Nehmətov (77 kq) isə final görüşündə Ermənistan təmsilçisi Samvel Terteryanla qarşılaşıb. İlk xal prinsipinə əsasən rəqibinə 1:1 hesabı ilə məğlub olan güləşçi gümüş medalla kifayətlənib.
Azərbaycanın iki güləşçisi dünya çempionatında medal qazandı
Mənbə oxu.az

Oxşar Xəbərlər