Dünya

ABŞ hərbi gəmisində ciddi nasazlıq: Dörd gün elektrik olmayıb

17 Aug 2026, 22:24 2 baxış
ABŞ hərbi gəmisində ciddi nasazlıq: Dörd gün elektrik olmayıb
ABŞ-nin idarəolunan raketlərlə təchiz edilmiş "Benfold" esminesi iyul ayında Cənubi Çin dənizində apardığı əməliyyatlar zamanı dörd gün elektrik enerjisiz qalıb. Oxu.Az CNN-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin 7-ci Donanması məlumat yayıb. Hadisə iyulun 24-də Hind-Sakit okean regionunda planlı əməliyyatlar zamanı baş verib. Buna səbəb generatorlarda yaranan texniki nasazlıq olub. Elektrik enerjisinin kəsilməsi nəticəsində gəmidə tualetlər, mətbəx, kondisionerlər və içməli su təchizatı sistemi işləməyib. Bundan əlavə, gəmi müstəqil şəkildə manevr etmək imkanını itirib. ABŞ Hərbi Dəniz Qüvvələrinin məlumatına görə, ekipaj üzvlərindən heç biri xəsarət almayıb. Nasazlığın səbəbləri araşdırılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər