Digər

Bunu etməsəydik, nüvə savaşı baş verərdi - Tramp

03 Mar 2026, 22:36 2 baxış
Bunu etməsəydik, nüvə savaşı baş verərdi - Tramp

Əgər biz hazırda etdiyimizi (İrana qarşı hərbi əməliyyat - red.) etməsəydik, nüvə müharibəsi baş verərdi və onlar bir çox ölkəni məhv edərdilər.


Axar.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Almaniya kansleri Fridrix Merz ilə görüşdə deyib.


“Əgər onların nüvə silahı olsa, ondan istifadə edərlər”, - deyə dövlət başçısı əlavə edib.


Qeyd edək ki, İsrail və ABŞ İrana qarşı 28 fevralda hərbi əməliyyata başlayıb.

Mənbə axar.az

Oxşar Xəbərlər