Kriminal
Şəmkirdə ağır qəza: ölənlərin sayı 5-ə çatdı
19:02
Şəmkirdə ağır yol qəzası nəticəsində 5 nəfər ölüb.
Axar.az xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Əliyaqublu kəndi ərazisindən keçən hissəsində baş verib.
Hərəkətdə olan VAZ 2106 ilə KİA markalı minik avtomobilləri toqquşub. Qəza nəticəsində həyatını itirən Sarıtəpə kənd sakinlərindən 3-ü uşaq, 2-si böyükdür.
Faktla bağlı araşdırma aparılır.
Mənbə
axar.az