Digər

Xaçaturyan: Bakının bu planında biz də yer almaq istəyirik

03 Mar 2026, 17:44 2 baxış
Xaçaturyan: Bakının bu planında biz də yer almaq istəyirik

Biz həmişə enerji sektoru və regionumuzun Avropa üçün enerji mərkəzi kimi rolu ilə maraqlanmışıq. Son illərdə bəzi çətinliklərlə üzləşmişik. Üç il əvvəl Azərbaycan Ermənistanın iştirakı olmadan Avropaya yaşıl enerji ixrac planlarını təqdim etmişdi.


Axar.az Teleqraf-a istinadla xəbər verir ki, bunu Ermənistan Prezidenti Vaaqn Xaçatryan “Tramp Marşrutu” layihəsinin perspektivlərini şərh edərkən deyib.


“2024-cü ildə “Global Gateway” beynəlxalq sammitində Ermənistanın buna daxil edilməsi məsələsini açıq şəkildə qaldırdım. Avropa İttifaqı rəhbərliyi bunu dəstəklədi. Ursula fon der Leyen xüsusilə qeyd etdi ki, Ermənistan da daxil edilməlidir. Bu, bizim üçün əsl fürsətdir. Ermənistanın əhəmiyyətli potensialı var”, - o bildirib.

Mənbə axar.az

Oxşar Xəbərlər