Dünya
CENTCOM: "SEPAH-ın komandanlıq mərkəzləri və hərbi infrastrukturları məhv edilib"
ABŞ ordusu İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanlıq, idarəetmə məntəqələrini, hava hücumundan müdafiə sistemlərini və digər hərbi infrastrukturu məhv etdiyini bəyan edib. Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb. "Davamlı əməliyyatlar zamanı ABŞ qüvvələri SEPAH-ın komandanlıq, idarəetmə məntəqələrini, İranın hava hücumundan müdafiə vasitələrini, raket, pilotsuz uçuş aparatlarını və hərbi aerodromlarını məhv edib", - deyə məlumatda bildirilib.
Mənbə
oxu.az