Dünya

İndoneziya sahillərində 6,1 bal gücündə zəlzələ oldu

03 Mar 2026, 10:28 2 baxış
İndoneziya sahillərində 6,1 bal gücündə zəlzələ oldu
İndoneziya sahillərində 6,1 maqnitudalı yeraltı təkanlar qeydə alınıb. Oxu.Az TASS agentliyinə istinadən xəbər verir ki, müvafiq məlumatı Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi yayıb. Qurumdan bildirilib ki, episentri təxminən 15 min əhalisi olan Sinabang şəhərindən 66 kilometr cənub-şərq istiqamətinə təsadüf edən zəlzələnin ocağının 26 kilometr dərinlikdə olduğu bildirilir. Hələlik dağıntı və insan tələfatı barədə məlumat açıqlanmayıb. Bölgədə sunami təhlükəsi elan edilməyib.
Mənbə oxu.az

Oxşar Xəbərlər