Dünya
İsrail ordusu Beyrut və Tehrana eyni vaxtda zərbələr endirir
İsrail Müdafiə Qüvvələri (SAXAL) Tehran və Beyrutdakı hədəflərə eyni vaxtda zərbələr endirir. Oxu.Az-ın xəbərinə görə, bu barədə SAXAL öz "Telegram" kanalında açıqlama yayıb. Qeyd edilir ki, İsrail aviasiyası İranın, eləcə də Livanın "Hizbullah" hərəkatının hərbi obyektlərini vurur. Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İranda genişmiqyaslı hərbi əməliyyata başlayıblar. Tehran da daxil olmaqla, İranın böyük şəhərləri zərbələrə məruz qalıb. İran ali lideri ayətullah Əli Xamenei öldürülüb. Buna cavab olaraq İran Yaxın Şərqdəki ABŞ bazalarına, həmçinin İsrail şəhərlərinə zərbələr endirib. Tehran Fars körfəzi ölkələrinə də hücum edir.
Mənbə
oxu.az