Dünya

İran ABŞ-nin Ər-Riyaddakı səfirliyini vurdu - VİDEO

03 Mar 2026, 08:18 2 baxış
İran ABŞ-nin Ər-Riyaddakı səfirliyini vurdu - VİDEO
İran ABŞ-nin Ər-Riyaddakı səfirliyinə pilotsuz uçuş aparatları ilə hücum edib. Oxu.Az xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb.

Səudiyyə Ərəbistanı rəsmiləri də ABŞ-nin diplomatik missiyasına zərbə endirildiyi xəbərini təsdiqləyib. ABŞ Prezidenti Donald Tramp da bəyanatla çıxış edib. O, ABŞ-nin Ər-Riyaddakı səfirliyinə hücuma və amerikalı hərbçilərin ölümünə cavab veriləcəyini deyib. "Cavabın nə olacağını tezliklə biləcəksiniz", - deyə Ağ Ev rəhbəri bildirib. Tramp, həmçinin ölkəsinin obyektlərinə və ərazilərinə növbəti hücum təhlükəsindən narahat olmadığını da qeyd edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər