Dünya
Kamçatkada 5,5 bal gücündə zəlzələ baş verib
Kamçatkada 5.5 bal gücündə zəlzələ baş verib. Oxu.Az xəbər verir ki, bu barədə TASS-a Petropavlovsk seysmik stansiyasından məlumat verilib. "Seysmik hadisənin maqnitudası 5.5 olub, episentri Petropavlovsk-Kamçatskidən 242 km aralıda olub. Zəlzələnin ocağı 67 km dərinlikdə yerləşib", - stansiyadan bildirilib. Sunami xəbərdarlığı verilməyib. Xəbərə görə, sakinlərdən bölgənin Təcili Dispetçer Xidmətinə heç bir zəng daxil olmayıb.
Mənbə
oxu.az