Dünya
Tramp ABŞ-nin son liderləri arasında hərbi zərbələr üzrə rekordçu oldu
Donald Tramp bir il ərzində yeddi dövlətə hərbi zərbələr endirməyi əmr edən ilk ABŞ prezidenti olub. Oxu.Az bu barədə "Axios" portalına istinadən xəbər verir. Trampın prezidentliyi dövründə ABŞ yeddi dövlətdə hərbi əməliyyatlar keçirib. Onlardan üçü - İran, Nigeriya və Venesuela - əvvəllər heç vaxt ABŞ silahlı qüvvələrinin hücumlarına məruz qalmamışdı. 2025-ci ildə Tramp keçmiş ABŞ lideri Co Baydenin bütün prezidentlik müddəti ərzində verdiyindən daha çox hava zərbəsi əmri verib.
Mənbə
oxu.az