Dünya
Küveyt Hərbi Dəniz Qüvvələrinin hərbi qulluqçusu həlak olub
Küveyt Hərbi Dəniz Qüvvələrinin hərbi qulluqçusu xidməti vəzifəsini yerinə yetirərkən həlak olub. Oxu.Az xəbər verir ki, bu barədə Küveyt Silahlı Qüvvələrinin Baş Qərargahının mətbuat xidməti "X" platformasında məlumat yayıb. "Hərbi Dəniz Qüvvələrinin çavuşu Küveyt Silahlı Qüvvələrinin üzərinə qoyulmuş tapşırıqlar çərçivəsində xidməti vəzifəsini yerinə yetirərkən həlak olub", - deyə məlumatda bildirilir. Hadisənin digər təfərrüatı hələlik açıqlanmır.
Mənbə
oxu.az