Dünya

Aleksey Overçuk Azərbaycana təşəkkür etdi - VİDEO

02 Mar 2026, 22:12 2 baxış
Aleksey Overçuk Azərbaycana təşəkkür etdi - VİDEO
Rusiya Federasiyasının baş nazirinin müavini Aleksey Overçuk Bakıya göstərilən xoş münasibət və kömək səylərinə görə minnətdarlığını bildirib. Oxu.Az xəbər verir ki, A.Overçuk jurnalistlərin suallarını cavablandırarkən belə deyib. "Azərbaycan tərəfinin konstruktiv, çox xoş münasibətini və yardım etmək istədiyini müşahidə edirik və buna görə çox minnətdarıq", - o bildirib.
Onun sözlərinə görə, dünən Rusiya vətəndaşlarının ilk qrupu Azərbaycan-İran sərhədini keçməyə başlayıb və hazırda təxminən 50 nəfər Azərbaycan ərazisindədir. Vitse-premyer qeyd edib ki, ümumilikdə 500-dən çox Rusiya vətəndaşı Azərbaycana çıxış üçün qeydiyyatdan keçib.
Mənbə oxu.az

Oxşar Xəbərlər