Dünya
Əbu-Dabi yaxınlığındakı yanacaq terminalı dron hücumuna məruz qalıb
Əbu-Dabinin cənub-qərbindəki Musaffa sənaye rayonunda yanacaq terminalına pilotsuz uçuş aparatı (PUA) zərbə endirib. Oxu.Az xəbər verir ki, bu barədə BƏƏ hökuməti "X" platformasında məlumat yayıb. "Əbu-Dabi hakimiyyəti bu gün Musaffada yanacaq terminalının PUA ilə hədəf alınması nəticəsində baş vermiş yanğına müdaxilə edib. Vəziyyət operativ şəkildə lokallaşdırılıb", - deyə məlumatda bildirilir. Qeyd edilir ki, xəsarət alan yoxdur, hadisə müəssisələrin işinə təsir göstərməyib.
Mənbə
oxu.az