Dünya

İsrail mediasından sensasion iddia: ABŞ İsfahandakı nüvə obyektinə zərbə endirib

02 Mar 2026, 20:16 2 baxış
İsrail mediasından sensasion iddia: ABŞ İsfahandakı nüvə obyektinə zərbə endirib
ABŞ Silahlı Qüvvələri İranın İsfahan şəhərində yerləşən nüvə obyektinə zərbə endirib. Oxu.Az xəbər verir ki, bu barədə İsrailin "KAN 11" telekanalı mənbə göstərmədən məlumat yayıb. Telekanalın iddiasına görə, yaxınlıqda yerləşən hərbi aviabaza da zərbədən təsirlənib. Bununla yanaşı, İranın Nətənz şəhərində yerləşən nüvə obyektinin də hücuma məruz qaldığı bildirilir. Hadisə ilə bağlı hələlik nə rəsmi Vaşinqton, nə də Tehran tərəfindən hər hansı açıqlama verilib. Məlumat dəqiqləşdirilir. İranın Natanz bölgəsində nüvə obyekti hücuma məruz qalıb. "Azad İran" "Telegram" kanalının xəbərinə görə, bu barədə İranın Beynəlxalq Atom Enerjisi Agentliyindəki (BAEA) nümayəndəsi Rza Nəcəfi məlumat verib.
Qeyd edilir ki, bundan əvvəl BAEA-nin baş direktoru Rafael Qrossi İranın nüvə obyektinə ziyanın dəydiyinə dair hər hansı dəlilin olmadığını bildirmişdi.
Mənbə oxu.az

Oxşar Xəbərlər