Cəmiyyət
Sabah Abşeronda doqquz min abonentin qazı kəsiləcək
Sabah Abşeron rayonunun bəzi ərazilərində qaz kəsiləcək. Oxu.Az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb. Qeyd edilib ki, Abşeron rayonu Yoncalıq yaşayış massivi, Cantəpə yaşayış massivi, Binəqədi şosesi 1, 2, 3-cü döngələr, M.Ə.Sabir küçəsi, Dədə Qorqud küçəsi, Mirəli Qaşqay küçəsi, Yusif Məmmədəliyev küçəsi ünvanlarında mühafizə zonası pozulmuş yeraltı qaz xətti əvəzlənəcək. Bu səbəbdən 03.03.2026-cı il tarixində saat 10:00-dan işlər yekunlaşanadək qaz təchizatı dayandırılacaq. Qeyd olunan ünvanlarda 9 min istehlakçının qaz təchizatında fasilə yaranacaq.
Mənbə
oxu.az