İdman

"Barselona" "Betis"i darmadağın etdi, liderliyini qorudu - Video

17 Oct 2026, 22:54 2 baxış
"Barselona" "Betis"i darmadağın etdi, liderliyini qorudu - Video
İspaniya La Liqasının IX turunda "Real Betis" və "Barselona" komandaları üz-üzə gəlib. Oxu.Az xəbər verir ki, qarşılaşma qonaqların 5:2 hesablı qələbəsi ilə başa çatıb.

Matçda hesabı 10-cu dəqiqədə "Barselona"nın vingeri Lamin Yamal açıb. 27-ci dəqiqədə "Betis"in müdafiəçisi Valentin Qomes hesabı bərabərləşdirib. Lakin 41-ci dəqiqədə yarımmüdafiəçi Rodri fərqlənərək kataloniyalıları yenidən önə keçirib. İkinci hissənin 51-ci dəqiqəsində hücumçu Qabriel Jesus "Betis"in qapısından üçüncü topu keçirib. 54-cü dəqiqədə meydan sahiblərinin hücumçusu Abde Ezzalzuli fərqi azaldıb. Həmin dəqiqədə "Betis"in yarımmüdafiəçisi Fakundo Bernal qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub. Say üstünlüyündən istifadə edən kataloniyalılar daha iki qol vurublar. 62-ci dəqiqədə Erik Qarsiya, 81-ci dəqiqədə isə Dani Olmo fərqlənərək matçın yekun hesabını müəyyənləşdirib. Bu qələbədən sonra xallarının sayını 27-yə çatdıran "Barselona" İspaniya çempionatının turnir cədvəlinə başçılıq edir. 19 xalı olan "Betis" isə üçüncü pillədə qərarlaşıb. La Liqanın növbəti turunda, oktyabrın 25-də "Betis" səfərdə "Selta"nın qonağı olacaq. "Barselona" isə həmin gün doğma meydanda "Real Madrid"i qəbul edəcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər