İdman

Qurban Qurbanov Şahruddinə şans verməsindən danışdı

17 Oct 2026, 22:50 3 baxış
Qurban Qurbanov Şahruddinə şans verməsindən danışdı

Hər iki komandanın azarkeşlərinə təşəkkür edirəm. Çox maraqlı oyun oldu. Məncə, heç bir komanda məğlubiyyətə layiq deyildi. Futbolçular azarkeşləri sevindirdilər, onlara yaxşı futbol şousu təqdim etdilər. Hər iki komandanı təbrik edirəm.


Axar.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Neftçi” ilə 3-3 bərabərə qaldıqları oyun barədə danışarkən deyib.


O, uzun müddət sonra Şahruddin Məhəmmədəliyevə vacib bir matçda şans verməsindən də söz açıb:


“Əslində, Zlomisliç ehtiyatda oturacaq vəziyyətdə deyildi. İki gün əvvəl zədələnmişdi. Sadəcə, təcrübəsini nəzərə alaraq komanda ilə bir yerdə olmasını istədim. Amma bu oyunda meydana çıxmağa hazır deyildi”.


Qeyd edək ki, “Neftçi”nin ilk iki qolunda Şahruddin Məhəmmədəliyev səhvlərə yol verib.

Mənbə axar.az

Oxşar Xəbərlər