Cəmiyyət
Xəstəni 40 dəqiqə döydüyü iddia edilən sanitar danışdı: "Böhtan ataraq məni işdən çıxarıblar" - Video
Bərdə Rayon Mərkəzi Xəstəxanasında sanitarın köməksiz və huşsuz vəziyyətdə olan pasiyenti 40 dəqiqə dayanmadan döydüyü faktı ilə bağlı təqsirləndirilən şəxs danışıb. Oxu.Az "Xəzər" TV-yə istinadən xəbər verir ki, hadisədə adı hallanan Gülnar Fərzəliyeva ona qarşı irəli sürülən iddiaları təkzib edir. O, xəstəxanada özünə qarşı qərəzli münasibət olduğunu iddia edib. Gülnar Fərzəliyevanın sözlərinə görə, bu vəziyyətin arxasında xəstəxananın təsərrüfat müdiri dayanır.
"Böhtan ataraq məni işdən azad ediblər. Mən 17 il ərzində heç bir xəstəni nə natəmiz qoymuşam, nə də döymüşəm", - deyə o bildirib. Bərdə Rayon Mərkəzi Xəstəxanasından isə məsələ ilə bağlı bildirilib ki, sanitarın pasiyentə qarşı qeyri-etik davranışı araşdırılıb. Müəssisənin məlumatına görə, Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsində çalışan sanitarın stasionar müalicə alan, köməksiz və huşsuz vəziyyətdə olan pasiyentə qarşı qeyri-etik davranışa və zorakılığa yol verdiyi müəyyən edilib. Fakt müəssisənin Tibbi Şurasında müzakirə olunub. Əməkdaşın əmək funksiyalarını və peşə etikası qaydalarını kobud şəkildə pozması, eləcə də əvvəlki intizam tənbehləri nəzərə alınaraq, onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən 11 iyul 2026-cı il tarixindən xitam verilib. Hazırda hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Mənbə
oxu.az