Cəmiyyət
Sumqayıtda təhlükə yaradan ağac sakinləri narahat edir - VİDEO
Sumqayıt şəhərində yıxılmaq üzrə olan ağac sakinlərin narahatlığına səbəb olub. Oxu.Az xəbər verir ki, bununla bağlı videogörüntü paylaşılıb.
Qeyd olunub ki, Ağa Quliyev küçəsində olan ağac hər an aşma təhlükəsi ilə üz-üzədir. Oxu.Az-ın sorğusuna cavab olaraq Sumqayıt Şəhər İcra Hakimiyyətindən bildirilib ki, şəhər ərazisində qurumuş, qəzalı, xəstəliklərə yoluxmuş ağacların götürülməsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinin (DEEA) rəyi əsasında həyata keçirilir. "Sözügedən ağacla bağlı da aidiyyəti üzrə müraciət olunub, rəy alınması üçün müvafiq prosedur başlanılıb. Eyni zamanda, bildiririk ki, qeyd olunan ərazidə aqrotexniki qaydalara uyğun olaraq budanma işləri aparılıb, ağacın mövcud vəziyyəti nəzərə alınaraq təhlükəsizlik səviyyəsi təmin edilib. Veriləcək rəy əsasında qısa müddət ərzində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görüləcək", - deyə məlumatda bildirilib. DEEA-dan isə Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, yaşıllıqların götürülməsi qaydasının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən, qurumuş, qəzalı, xəstəliklərə yoluxmuş ağacların götürülməsi üçün vətəndaş müvafiq olaraq mülkiyyətçisi olan mərkəzi, yerli icra hakimiyyəti orqanına və ya bələdiyyəyə, onlar da öz növbəsində rəy alınması üçün DEEA-ya müraciət etməlidirlər. "Ekspertlər tərəfindən sözügedən yaşıllıqlara yerində baxış keçirilir, ağacların quruma səbəbini müəyyən etmək məqsədilə torpaqdan nümunələr götürülərək analizlər aparılır və nəticələrə əsasən, qanunamüvafiq tədbirlər görülür. Ağacların götürülməsinə müsbət rəy verildikdə götürülən hər bir ağacın əvəzinə yerli iqlimə xas yeni tingin əkilməsi şərti qoyulur, ağacların götürülməsi torpaq mülkiyyətçisi tərəfindən (müvafiq mərkəzi, yerli icra hakimiyyəti orqanı, bələdiyyə) təmin olunur", - deyə açıqlamada vurğulanıb. Əzizə İsmayılova

Mənbə
oxu.az