Dünya

İordaniya İrana nota verdi, diplomatik nümayəndə XİN-ə çağırıldı

02 Mar 2026, 14:30 1 baxış
İordaniya İrana nota verdi, diplomatik nümayəndə XİN-ə çağırıldı
İranın Əmmandakı müvəqqəti işlər vəkili Əli Əsgər Nəsiri İordaniya Xarici İşlər Nazirliyinə çağırılıb. Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verir. Məlumata görə, buna səbəb İordaniya ərazisinə və qardaş ərəb ölkələrinə qarşı yönəlmiş hücumlara görə etiraz notasının təqdim edilməsi olub.
İordaniya tərəfi İran diplomatına bildirib ki, bu hücumlar mülki əhalinin təhlükəsizliyini, eləcə də regional və beynəlxalq təhlükəsizliyi, sabitliyi təhdid edən qəbuledilməz bir eskalasiyadır.
Mənbə oxu.az

Oxşar Xəbərlər