Cəmiyyət
Yaponiyanın Bakıdakı səfirliyi fəaliyyətini dayandırdı
Yaponiyanın Azərbaycandakı səfirliyi regiondakı vəziyyətlə əlaqədar fəaliyyətini dayandırıb.
Axar.az xəbər verir ki, bu barədə səfirliyin Feysbuk hesabında qeyd olunub.
"Regionda baş verən hadisələrlə əlaqədar olaraq səfirlik fəaliyyətini qeyri-müəyyən müddətə qədər dayandırıb. Viza üçün sənədlərin qəbulu və hazır vizaların verilməsi də dayandırılıb. Nəzərə almağınızı xahiş edirik. Narahatlığa görə üzr istəyirik", - məlumatda bildirib.
Mənbə
axar.az