Dünya
Yaxın Şərqdə hansı ölkələrin hava məkanı bağlı qalır?
Qətər, Bəhreyn və Küveytin hava məkanı bu gün ən azı daha 5 saat uçuşlar üçün bağlı qalacaq. Bu barədə Oxu.Az TASS-a istinadən xəbər verir. Qeyd olunub ki, sözügedən ölkələrin hava məkanı Bakı vaxtı ilə saat 14.00-a qədər bağlı qalacaq. Bundan əvvəl Suriya üzərindən uçuş qadağası 24 saata qədər uzadılıb. Məlumata görə, təkcə Omanın hava məkanı Avropa ilə Asiya-Sakit okean regionu ölkələri arasında təyyarələrin tranziti üçün açıq olaraq qalır.
Mənbə
oxu.az