Dünya
Rusiyanın Novorossiysk şəhərində fövqəladə vəziyyət elan edildi
Rusiyanın Novorossiysk şəhərində Ukrayna Silahlı Qüvvələrinin hücumu ilə əlaqədar olaraq fövqəladə vəziyyət rejimi elan edilib. Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Krasnodar diyarının qubernatoru Veniamin Kondratyev jurnalistlərə müsahibəsində məlumat verib: "Bütün gecə bizim hərbçilərimiz Ukrayna PUA-larının (Pilotsuz Uçuş Aparatı - dron) kütləvi hücumunu dəf edib. Ən ağır zərbə Novorossiyskə dəyib və orada fövqəladə vəziyyət rejimi elan edilib. Şəhər meri Andrey Kravçenko duruma dair operativ xəbər verir".
Mənbə
oxu.az