Cəmiyyət

İranda azərbaycanlılar xəsarət alıblar? - RƏSMİ

02 Mar 2026, 11:50 2 baxış
İranda azərbaycanlılar xəsarət alıblar? - RƏSMİ
İranda Azərbaycan vətəndaşlarının xəsarət alması barədə yeni məlumat daxil olmayıb. Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib. Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini açıqlayıb. İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb. Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü təsdiqlənib. Aygün Mirakif
Mənbə oxu.az

Oxşar Xəbərlər