Dünya

KİV: İran Səudiyyə Ərəbistanında neft emalı zavodunu VURDU - VİDEO

02 Mar 2026, 12:02 1 baxış
KİV: İran Səudiyyə Ərəbistanında neft emalı zavodunu VURDU - VİDEO
İran ordusu Səudiyyə Ərəbistanının Ras-Tannurada şəhərindəki "Saudi Aramco" şirkətinin neft emalı zavoduna zərbələr endirib. Oxu.Az xəbər verir ki, bu barədə "Semafor" nəşrinin əməkdaşı Metyu Martin məlumat yayıb.
Onun sözlərinə görə, İranın PUA hücumları nəticəsində zavodda yanğın baş verib. Jurnalist bildirib ki, yanğın lokallaşdırılıb və nəzarət altına alınıb. Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini açıqlayıb. İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb. Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü təsdiqlənib.
Mənbə oxu.az

Oxşar Xəbərlər