Dünya

İran Küveyt səmasında ABŞ qırıcısını vurdu: Katapult edən pilot tapıldı - VİDEO

02 Mar 2026, 10:15 2 baxış
İran Küveyt səmasında ABŞ qırıcısını vurdu: Katapult edən pilot tapıldı - VİDEO
Küveyt təhlükəsizlik qüvvələri bu ölkənin səmasında vurulan ABŞ Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarənin pilotunu tapıblar. Oxu.Az xəbər verir ki, bununla bağlı İranın SNN telekanalı görüntülər yayıb.
Kadrlarda hüquq-mühafizə orqanlarının əməkdaşları pilotla ingilis dilində ünsiyyət qururlar. Pilot raket zərbəsindən sonra katapult edərək, Küveytə eniş edib. O, avtomobilin baqajına yerləşdirilib. İran Silahlı Qüvvələri Küveyt səmasında ABŞ Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarəni vurub. Oxu.Az xəbər verir ki, bu barədə İranın "Tasnim" xəbər agentliyi məlumat yayıb.
Agentlik qırıcının vurulma görüntülərini də yayıb. Bildirilib ki, hadisə zamanı pilotlar katapult ediblər. Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib. İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb. Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan edilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər