Dünya

İsrail dünya hərb tarixində ilkə imza atdı - "Hizbullah"ı vurduqları "Dəmir şüa" nədir?

02 Mar 2026, 10:22 2 baxış
İsrail dünya hərb tarixində ilkə imza atdı - "Hizbullah"ı vurduqları "Dəmir şüa" nədir?
İsrail dünya hərb tarixində ilk dəfə olaraq "Or Eitan" ("Dəmir şüa") lazer hava hücumundan müdafiə sistemindən istifadə edib. Oxu.Az-ın xəbərinə görə, bu barədə "Cursorinfo" informasiya agentliyi məlumat verib. Qeyd olunub ki, İsrail bu silahdan "Hizbullah"ın rəsmi Təl-əvivə qarşı ikinci cəbhə açmasından sonra istifadə edib. Xatırladaq ki, İsrail Müdafiə Ordusu (SAXAL) "Hizbullah"ın hücumlarına cavab olaraq Livanda genişmiqyaslı cavab əməliyyatına başlayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər