Dünya

Tehranda yeni partlayışlar oldu

02 Mar 2026, 09:44 2 baxış
Tehranda yeni partlayışlar oldu
ABŞ və İsrail Tehranın şərq, qərb və cənub rayonlarına yeni zərbələr endirib. Oxu.Az xəbər verir ki, bu barədə ISNA agentliyi məlumat yayıb. Məlumata görə, hücumlar səhər saatlarında sübh azanı ilə eyni vaxtlarda baş verib. Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini açıqlayıb. İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb. Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü təsdiqlənib. Tehranda yeni partlayışlar baş verib. Oxu.Az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb. Yerli medianın məlumatlarına görə, partlayışlar şəhərin şərq rayonlarında qeydə alınıb. Xatırladaq ki, İsrail müdafiə naziri İsrael Kats əvvəlcə İsrail Müdafiə Qüvvələrinin İrana qarşı qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. "Aslanın nərəsi" adlandırılan əməliyyat hər iki ölkə tərəfindən gizli saxlanılıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini açıqlayıb. İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri məlumatı təsdiqləyib, ölkə daxilində sirenlər səsləndirilib və hava hücumundan müdafiə sistemləri işə salınıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər