Dünya
Kiprdə Britaniyanın aviabazası yaxınlığında güclü partlayış
Kipr adasında yerləşən Britaniyanın Akrotiri aviabazası ərazisində partlayış qeydə alınıb. Oxu.Az xəbər verir ki, bu barədə "In-Cyprus" portalı məlumat yayıb. Məlumata görə, Akrotiri bazası yaxınlığında güclü partlayış səsi eşidilib. Hadisədən sonra hava həyəcan siqnalları işə düşüb və bazanın aerodromundan hərbi təyyarələr havaya qalxıb. Xatırladaq ki, Böyük Britaniyanın Baş naziri Kir Starmer sosial şəbəkədə yayımladığı videomüraciətdə ABŞ-nin İrandakı raket anbarlarına zərbə endirmək üçün Britaniya hərbi bazalarından istifadəyə icazə verdiyini təsdiqləyib.
Mənbə
oxu.az