Digər

İrana zərbələr gücləndiriləcək - Netanyahu

01 Mar 2026, 23:08 2 baxış
İrana zərbələr gücləndiriləcək - Netanyahu

Yaxın günlərdə İrana endirilən zərbələr gücləndiriləcək.


Axar.az CNN-ə istinadla xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.


“Hazırda qüvvələrimiz artan intensivliklə Tehranın mərkəzinə zərbələr endirir və bu intensivlik yaxın günlərdə artmaqda davam edəcək”, - deyə Netanyahu bildirib.


Qeyd edək ki, İsrail və ABŞ 28 fevraldan İrana qarşı hərbi əməliyyata başlayıb. Endirilən zərbələr nəticəsində İranın ali dini lideri Əli Xamenei başda olmaqla, onlarla yüksək səviyyəli məmur ölüb.

Mənbə axar.az

Oxşar Xəbərlər