Digər
Rejim dəyişikliyi qeyri-mümkündür - Arakçı
Rejim dəyişikliyi qeyri-mümkün bir missiyadır. Liderin yoxluğu və ya ölümü sistemin çökməsi demək deyil.
Axar.az xəbər verir ki, bu sözləri İran xarici işlər naziri Abbas Arakçı deyib.
“Dövlət institutları toxunulmaz qalır. Yeni ali lider bir-iki gün ərzində seçilə bilər”, - deyə o bildirib.
Qeyd edək ki, İsrail və ABŞ 28 fevraldan İrana qarşı hərbi əməliyyata başlayıb. Endirilən zərbələr nəticəsində İranın ali dini lideri Əli Xamenei başda olmaqla, onlarla yüksək səviyyəli məmur ölüb.
Hazırda Əli Xameneinin vəzifəsini müvəqqəti olaraq ayətullah Əlirza Ərafi icra edir.
Mənbə
axar.az