Digər
Öldürülən əfqan döyüşçülərin sayı açıqlandı - Tarar
Pakistan qüvvələri ilə toqquşmalarda ölən Əfqanıstan əsgərlərinin sayı 415-ə çatıb, 580-dən çoxu yaralanıb.
Axar.az xəbər verir ki, bunu Pakistanın infiormasiya və teleradio yayım naziri Attaullah Tarar özünün X səhifəsində yazıb.
Onun sözlərinə görə, Əfqanıstanda 46 hədəfə hava hücumları həyata keçirilib:
“Pakistan ordusu Əfqanıstanın 182 nəzarət məntəqəsini məhv edib, daha 31-i isə nəzarət altına alıb. Bundan əlavə, Pakistan Silahlı Qüvvələri düşmənin 185-dən çox zirehli texnikasını məhv edib”.
Mənbə
axar.az