Digər

Oman sahillərində daha bir tanker vuruldu

01 Mar 2026, 16:51 2 baxış
Oman sahillərində daha bir tanker vuruldu

Oman sahillərində daha bir neft tankeri vurulub.


Axar.az xəbər verir ki, bu barədə “Röyters” dəniz təhlükəsizliyi sahəsindəki iki mənbəyə istinadla məlumat yayıb.


“Marşal adaları bayrağı altında üzən xam neft tankeri Oman sahillərində yük daşıyarkən vurulub. Mənbələrdən birinin sözlərinə görə, gəmi Maskatdan təxminən 44,4 dəniz mili şimal-qərbdə vurulub”, - məlumatda bildirilib.


Qeyd edək ki, bu gün Palau bayrağı altında üzən “Skaylayt” (Skylight) neft tankeri də Oman sahillərində vurulmuşdu.

Mənbə axar.az

Oxşar Xəbərlər