Digər
Kallasdan Xameneinin ölümünə reaksiya: Həlledici an
Əli Xameneinin ölümü İran tarixində həlledici andır.
Axar.az xəbər verir ki, bunu Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas özünün X səhifəsində yazıb.
“Bundan sonra nə baş verəcəyi qeyri-müəyyəndir. Lakin indi İran üçün fərqli bir gələcəyə aparan açıq yol yaranıb. Elə bir İran ki, onun xalqı həmin gələcəyi daha böyük azadlıqla formalaşdıra bilər.
Mən, o cümlədən İranın hərbi fəaliyyətlərinin əsas yükünü daşıyan region ölkələrindəki tərəfdaşlarla əlaqədəyəm ki, gərginliyin azaldılması üçün praktik addımlar müəyyənləşdirək”, - Kallas bildirib.
Mənbə
axar.az