Digər

Pakistanda ABŞ konsulluğuna hücum edildi: ölənlər var - Video

01 Mar 2026, 11:48 2 baxış
Pakistanda ABŞ konsulluğuna hücum edildi: ölənlər var - Video

11:13


İranın dini lideri Əli Xameneinin ölümündən sonra Pakistanda etirazçılar ABŞ-ın Karaçidəki konsulluğuna hücum ediblər.


Axar.az xəbər verir ki, bu barədə Pakistan mediası məlumat yayıb.


Məlumata görə, Karaçidə İrana qarşı son hərbi hücumlardan qəzəblənən bir qrup etirazçı ABŞ konsulluğunun pəncərələrini sındırıblar.


**


Karaçi şəhərində ABŞ konsulluğunun qarşısında baş verən atışma nəticəsində ən azı 10 nəfər həlak olub.


Qeyd edək ki, İran hökuməti ölkənin ali dini rəhbəri Əli Xameneinin İsrail və ABŞ-ın endirdiyi zərbələr nəticəsində öldüyünü təsdiqləyib və 40 günlük matəm elan edib.

Mənbə axar.az

Oxşar Xəbərlər