Digər

AB ölkələri Rusiyanın bu pasportlarını tanımayacaq

17 Aug 2026, 14:06 1 baxış
AB ölkələri Rusiyanın bu pasportlarını tanımayacaq

İsveç, Belçika, Niderland və Lüksemburq oktyabrın 1-dən Rusiya vətəndaşlarının biometrik olmayan (köhnə, 5 illik), xarici pasportlarını tanımayacaq.


Axar.az xəbər verir ki, bu barədə Avropa Komissiyası məlumat yayıb.


Məlumata görə, İsveç 2026-cı ilin sonunadək viza və ya yaşayış icazəsini oktyabrın 1-dən əvvəl almış Rusiya vətəndaşlarını bu pasportlarla ölkəyə buraxacaq.


Bununla da, Avropa Komissiyasında yeni məhdudiyyətlər qüvvəyə mindikdən sonra biometrik olmayan Rusiya pasportlarını tanımayan Avropa ölkələrinin sayı 15-ə çatıb.

Mənbə axar.az

Oxşar Xəbərlər