Dünya

Almaniyada Kansler Mertsə inamsızlıq artır: Partiyadaşları onu kəskin tənqid edirlər

17 Aug 2026, 14:52 3 baxış
Almaniyada Kansler Mertsə inamsızlıq artır: Partiyadaşları onu kəskin tənqid edirlər
Xristian-Demokrat İttifaqının (XDİ) bir çox üzvü partiyanın sədri, AFR kansleri Fridrix Mertsə qarşı narazılıqlarını bildirir. Hətta onun ən yaxın dəstəkçiləri arasında da dərin xəyal qırıqlığı müşahidə olunur. Oxu.Az-ın məlumatına görə, bu barədə "Frankfurter Allgemeine Zeitung" (FAZ) qəzeti yazıb. Nəşr Baden-Vürtemberq landtaqında XDİ fraksiyasının sabiq sədri Volfqanq Raynhartın sözlərini sitat gətirir: "Biz Mertsin partiya sədri olması üçün üç dəfə aslanlar kimi mübarizə aparmışıq". O, hazırda kanslerdən "son dərəcə məyus olduğunu" vurğulayıb: "O, nə effektivlik, nə proqram, nə də şəxsi keyfiyyətləri baxımından vədlərinə əməl edə bilib". Raynhart qeyd edib ki, XDİ kansleri üçün partiyanın yaranmasından bəri belə bir səlahiyyət itkisi müşahidə olunmayıb. Daha əvvəl sərt tənqidlərə səbəb olan AFR hökumətindəki kadr dəyişikliklərini siyasətçi "zarafat" adlandırıb. Raynhart hesab edir ki, hökumət vəzifələrində iş təcrübəsi olan etibarlı şəxslər çatmır. O, həmçinin bildirib ki, onun dairəsində Xristian-Demokrat İttifaqının üzvləri hətta partiya sıralarını tərk edirlər. Qəzet yazır ki, XDİ-də bir çoxları Mertsin kabinet dəyişiklikləri ilə kansler vəzifəsinə yararsız olduğunu, artıq partiyanın reytinqini artıra bilməyəcəyini və nəticədə növbəti Bundestaq seçkilərində namizəd ola bilməyəcəyini düşünür. Avqustun 16-da INSA sosioloji institutu tərəfindən keçirilən sorğu Merts və onun hökumətindən narazılıq səviyyəsinin yeni rekord həddə çatdığını göstərib. Respondentlərin yalnız 16%-i kanslerin fəaliyyətini müsbət qiymətləndirib, 78%-i isə narazı qalıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər