Digər
Rusiya buna məcbur qalacaq, yayına bilməyəcək - Budanov
Rusiya Ukrayna üçün ABŞ-dan təhlükəsizlik zəmanətlərini qəbul etmək məcburiyyətində qalacaq.
Axar.az xəbər verir ki, bu sözləri Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanov deyib.
“Təhlükəsizlik zəmanətlərinə gəldikdə, əvvəlki danışıqlarda Rusiya tərəfi birbaşa ABŞ-ın Ukraynaya təklif etdiyi təhlükəsizlik zəmanətlərini qəbul edəcəklərini bildirmişdi. Necə deyərlər, bundan yayınmaq mümkün deyil”, - Budanov vurğulayıb.
Budanov əlavə edib ki, təhlükəsizlik zəmanətləri ilə bağlı müəyyən irəliləyişlər görür. O, hesab edir ki, Ukrayna üçün təhlükəsizlik zəmanətləri müharibənin sonu ilə paralel olaraq qüvvəyə minəcək.
Mənbə
axar.az